"Araz"ın UEFA kubokunda oyunlarının vaxtı açıqlandı

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Newsport.az saytının məlumatına görə, H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu “Araz” oktyabrın  11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə qarşılaşacaq. 

Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz  Maltanın “Luksol Sent Endryu” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
 
Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda “Deva” (Rimıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Araz"ın hər üç oyunu Rumıniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right