Azərbaycanda yeni çempionat “Biznes-liqa” keçiriləcək

Mini-futbol üzrə keçirilməsi nəzərdə tutulan “Biznes-liqa” Azərbaycan şirkətləri arasında artıq populyarlaşan korporativ turnirdi. Lakin belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq Azfargroup şirkətinin futbol meydanlarında keçiriləcək.

Şübhəsiz ki, «ABL Cup 2017-2018» təkcə korporativ və idman dairələrində deyil, həm də bütövlükdə ölkəmizin ictimai həyatında böyük rezonans doğuracaq və ilin idman olayına çevriləcək. Bu turnir həvəskar futbol sahəsində yeni idman ənənəsinə start verəcək.

Newsport.az-ın məlumatına görə, ABL Təşkilat Komitəsi turnir iştirakçılarını xüsusi diqqətlə seçir – belə ki, çempionatda yaxşıların yaxşısı – Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləti iştirak edəcək.

Turnirin bütün mərhələləri mətbuatda, İnternet səhifələrində, radio və televiziya kanallarında geniş işıqlandırılacaq.

Turnirin təşkili və keçirilməsi ilə parallel şəkildə tədbirin təbliğatı, ən geniş kütlələrin məlumatlandırılması və KİV-nin marağının cəlb edilməsinə yönəldilmiş genişmiqyaslı PR kampaniyası aparılır.

"ABL Cup 2017-2018" Təşkilat Komitəsi tədbir haqqında KİV-ni öncədən xəbərdar etməklə çempionatdan əvvəl, onun gedişatı zamanı və sonra müvafiq materialların dərc olunmasına zəmin yaradacaq.

Mini-futbol üzrə «Аzfar Business League» (ABL) turniri mini-futbolun populyarlaşdırılması və inkişafı, əhalinin bədən tərbiyəsi və idman məşqələlərinə kütləvi şəkildə cəlb olunması məqsədilə keçirilir.

Bu çempionat Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri üçün nəzərdə tutulub. Biznes-liqada iştirak aşağıdakı məqsədləri qarşısına qoyur:

- Korporativ mədəniyyətin inkişafı

- Şirkətdaxili əlaqələrin möhkəmləndirilməsi

- KİV-də şirkətin adını çəkməklə brendin müştəri və partnyorlar tərəfindən tanınmasının artırılması

- Korporativ həvəskar futbolun populyarlaşdırılması və inkişaf etdirilməsi

- İşçilərin idman bacarıqları səviyyəsinin artırılması

- Əməkdaşlarda bədən tərbiyəsi və idmana qarşı pozitiv münasibətin formalaşdırılması

Futbol üzrə Biznes-liqa şirkətin bütün əməkdaşları üçün əsl bayrama çevriləcək.

Yarışların təşkili və aparılmasına ümumi rəhbərlik Azfargroup-un dəstəyi ilə ASEP şirkətləri tərəfindən həyata keçirilir.

Yarışların bilavasitə keçirilməsi ABL Təşkilat Komitəsinə həvalə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right