Xanım çempionumuz faciəvi şəkildə öldü

 

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Newsport.az-ın məlumatına görə, idmançı avtomobil qəzasına düşüb. O, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. R.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, R.Məmmədova bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.
 
Faktla bağlı araşdırma aparılır.




BakuPost.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right