Braziliya dünya çempionu oldu

Çimərlik futbolu üzrə dünya çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, finalda Braziliya və Taiti yığmaları üz-üzə gəlib. Braziliya 6:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub. Bürünc medalları isə İran yığması qazanıb. İran 3-cü yer uğrunda görüşdə İtaliyaya qalib gəlib - 5:3.

Turnirin ən yaxşı oyunçusu iranlı Məhəmməd Əhmədzadə seçilib. Ən yaxşı qapıçı da İran yığmasının üzvü Peyman Hüseyni hesab edilib. İtaliya yığmasının hücumçusu Qori isə 17 qol vuraraq, ən yaxşı bombardir olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right