Kateqoriya: Futzal | Tarix: 12.04.2017 01:31
Azərbaycan futzal yığmasının sabiq baş məşqçisi Joze Alesio AFFA-dan üzr istəyib.
Bu haqda AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundov Newsport.az-a açıqlamasında bildirib.
O, Azərbaycandan qalmaqalla ayrılan braziliyalı mütəxəssis səhvini başa düşdüyü söyləyib:
"O, səhvini başa düşüb. Bizə məktublar yazdı və üzr istədi, Serbiyada gördüşdük, danışdıq. Hər şey ola bilər. Kim olursa-olsun, bizə nəticə lazımdır".