Millimiz Avropa çempionatının final mərhələsində YENİLƏNİB

Bu gün futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsində son oyununu keçirəcək.
 
Newsport.az-ın məlumatına görə, Biro Jadenin rəhbərlik etdiyi kollektiv III tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşacaq.
 
B qrupundakı ilk matçında Bosniya və Herseqovinanı  5:4, II turda isə Albaniyanı 5:0 hesablı darmadağın edən Azərbaycan yığmasını macarlarla görüşdə heç-heçə də qane edir.
 
Milli komanda uduzmayacağı təqdirdə, ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
 
Qeyd edək ki, Azərbaycan millisinin hesabında 6, Macarıstanda yığmasında isə 4 xal var.
 
17:30. Albaniya - Bosniya və Herseqovina - 6:6
Hakimlər:
 Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı
 
20:00. Macarıstan - Azərbaycan - 1:6
Qollar:
 Rövşən Hüseynli, 01:16-avtoqol (1:0), Bolinya, 11:16 (1:1), Eduardo, 16:52 (1:2), Fineo, 21:03 (1:3), 33:13 (1:4), Xətai Bağırov, 24:12 (1:5), İsa Atayev, 35:08 (1:6)
Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)


Yer

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

3

3

0

0

16:5

9

2

Macarıstan

3

1

1

1

7:11

4

4

Bosniya və Hrs.

3

1

1

1

12:13

2

3

Albaniya

3

0

1

2

9:15

1


Bakı İdman Sarayı

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right