"Azərbaycan yığması qrupda ən güclü komandadır" Albaniya yığmasının baş məşqçisi

"Bu gün çox güclü komandaya qarşı oynadıq. Azərbaycan futzal aləmində güclü komanda kimi tanınır. Albaniya yığması isə heç vaxt belə səviyyədə oynamamışdı".
 
Newsport.az-ın məlumatına görə, bunu Albaniya futzal yığmasının baş məşqçisi Erind Resuli 2018-ci il Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda Azərbaycan millisinə 0:5 hesabı ilə uduzduqları 2-ci tur qarşılaşmasından sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis ilk yarıda bərabər səviyyəli oyunun getdiyini və səhvə yol verərək, qol buraxdıqlarını söyləyib: "Biz qol vura bilməsək də, ikinci hissəyə nəzərən ilk yarıda daha yaxşı oynadıq. İkinci hissədə səhvlər buraxdıq. Bu səhvlər üzündən də qollar vuruldu. Nəticədə böyük hesabla uduzduq". 
 
Ardıcıl ikinci məğlubiyyətdən sonra Albaniya millisi sonuncu pilləyə enib və qrupda ilk 2 yeri tutma şanslarını itirib. Azərbaycan yığması isə 6 xalla qrupda vahid liderə çevrilib. Resuli millimizin qrupda ən güclü komanda olduğunu və birbaşa final mərhələsinə yüksələcəyini vurğulayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right