Biro Jade: "Azərbaycanlı futzalçılar oynaya bilirlər"

"Fikirləşdiyim hər şey alındı. Uşaqlara qələbəyə görə təşəkkür edirəm. Hakimlik gözəl idi". 
 
Newsport.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda Albaniya yığmasına 5:0 hesabı ilə qalib gəldikləri 2-ci tur matçından sonra mətbuat konfransında deyib. Braziliyalı mütəxəssis bildirib ki, nəticə olduqda işlər də qaydasında gedir. 
 
Baş məşqçinin fikrincə, Namiq Məmmədkərimovla Xətai Bağırovun vurduqları son 2 qol Azərbaycan futzalçılarının oynaya bildiklərini göstərib: "Sadəcə, onların yetişmələri üçün baza lazımdır. 18 - 20 yaşa çatanadək daha yaxşı olacaqlar".
 
Biro Jade ilk oyundan sora millinin sabiq baş məşqçisi Miltinyodan təbrik mesajı aldıqlarını da vurğulayıb. 
 
Qeyd edək ki, Azərbaycan millisi hazırda 6 xalla B qrupuna başçılıq edir. Aprelin 11-də keçiriləcək qrupun son tur matçında rəqib Macarıstan olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right