Millimiz Albaniyaya qalib gəlib qrup lideri oldu YENİLƏNİB

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, yığmamızın rəqibi Albaniya millisi olacaq. B qrupunda yer alan millimiz dünən keçirdiyi ilk oyunda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə məğlub edib. Albanlar isə ilk görüşdə Macarıstana uduzub - 3:4.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.

Qrupun digər oyununda Bosniya və Herseqovina Macarıstanla qarşılaşacaq.

Futzal: AÇ-2018-in seçmə mərhələsi

B qrupu, 2-ci tur

9 aprel

16:00. Bosniya və Herseqovina - Macarıstan - 2:2

18:30. Azərbaycan - Albaniya - 5:0
Qollar:
 Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right