Biro Jade: "Bu, qətiyyən millimizin maksimumu deyildi"

Azərbaycan futzal yığmasının baş məşqçisi Biro Jade Avropa çempionatının əsas seçmə mərhələsində Bosniya və Herseqovina yığmasına 5:4 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, braziliyalı mütəxəssis ilk olaraq oyun haqda danışıb. 

- Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yer vermək olmaz. Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdur. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdır. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var gücünlkə mübarizə aparmalısan.

- Rövşən Huseynlinin 3 qolda gunahı oldu. Qapıçımızın oyununu necə qiymətləndirirsiniz?

- Qol buraxırıqsa, bu tək Rövşənin yox bütün komandanın günahıdı.

- Cəmi 3 azərbaycanlıya şans verdiz. Bə qalanları?

- Rəqib cüssəli oyunçulardan ibarət idi. Buna ən uyğunları oynadı Rövşənə gəlincə, qapıçı qol buraxanda həmişə diqqət mərkəzi düşür. Lazımi epizodlarda Hüseynli bizə kömək etdi.

- Macarıstan və Albaniya yığmaları haqda fikirləriniz necədi?

- Çox maraqlı oyun idi. Bu komandaları təhlil etmişdim. Əvvəl gördüyüm sistemdə oynayırlar.

- Bu gün çox çətin qələbə qazandıq. Ancaq əvvəllər evdə əksər reqibləri asan məğlub edirdik. Nə oldu indi?

- Əvvəllər favoritlər qalib gəlirdi. Dünya çempionatında bu tendensiya alt-üst oldu. Hər komanda maksimum mübarizə aparır. Hər oyunda canını qoymalısan. 

- Bu, yığmamımızın maksimumu idi?

- Qətiyyən! Səhvlərimiz çox oldu. Amma indi təhlilə vaxtımız yoxdu. Sabah bizi növbəti sınaq gözləyir.

- Bir gecəyə problemləri necə həll edək?

- Əsas qələbə idi, bunu da qazandıq.

- Vaxtilə yığmamızda düşünən beyin var idi - Biro Jade. Bu gun komandamızda belə oyunçu yoxdu. Braziliyada sizin səviyyədə oyunçu qalmayıb?

- Əvvəla, komplimentə görə təşəkkür edirəm. Braziliyada axtarışlarımız davam edir. Ancaq bu oyunçuların arasında da potensialını açmayanlar var. İnanıram ki, onlar hələ sözlərini deyəcəklər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right