Boro Matan: "Bizim üçün sərf edir ki, Azərbaycan yığması hamını udsun"

Bosniya və Herseqovina futzal yığmasının baş məşqçisi Boro Matan Avroa çempionatınının əsas mərhələsində Azərbaycan millisinə 4:5 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, Mütəxəssis ilk olaraq matç haqda qısa fikirlərini bildirib. 

- Azərbaycan yığmasını qələbə qazanması münasibətilə təbrik edirəm. Birinci hissənin sonuna yaxın bir qədər diqqətsiz davrandıq, konsentrasiyanı itirdik və bu, nəticədə öz əksini tapdı.

- Qrupda favori kimi Azərbaycan və Macarıstan göstərilirdi. Bugünkü oyundan sonra demək olarmı ki, Bosniya və Herseqovina yığması da bu sıraya qoşuldu?

- Azərbaycan millisi qrupun favoritidi. Bizim üçün sərf edir ki, yığmanız hamını udsun. Onda ikinci ola bilərik. 

- Yığmanıza neçə dəfə hesabda önə çıxmaq lazımdı ki, qalib gəlsin?

- Bizim üçün əsas final fitinə qalib çatmaqdı.

- İkinci hissənin ortasında 5 oyunçulu sistemə keçdiniz. Sonra yenidən ənənəvi "4+1"ə. Niyə?

- Oyunun ritmini qaldırmaq istəyirdik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right