Moldovanın baş məşqçisi: "Azərbaycanda dostlarım çoxdu"

Futzal üzrə Moldova milli komandasının baş məşqçisi Vladimir Vusati yoxlama oyununda yığmamıza 2:3 hesabı ilə uduzduqları oyundan danışıb.

Newsport.az-ın məlumatına görə, Vusati çoxlu azərbaycanlı dostunun olduğunu bildirib: “Uzun müddət böyük futbolda çalışmışam, PRO kateqoriyalı məşqçiyəm. Azərbaycanda dostlarım çoxdur. Rəhmətlik Əhməd Ələsgərov müəllimim olub. Ondan çox şey öyrənmişəm. O, həm də Moldova futbolunun əfsanəsi hesab edilirdi. Ağasəlim Mircavadov, Vaqif Sadıqovla tez-tez əlaqə saxlayıram.

Moldova ilə Azərbaycan futzalında fərqli ab-hava var. Bizim çempionatın səviyyəsi yüksək deyil. Klublarımız çempionat oyunları zamanı həftədə cəmi 2 dəfə məşq edirlər. Millinin toplanış olan zaman isə heç bir klubumuz məşq keçmir. Oyuna gəldikdə, bu gün daha yaxşı oynadıq. Amma komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar çoxdur və bu da oyunun taleyini həll edir. Bizim yeganə motivasiyamız istəkli olmağımızdı. Sonda qonaqpərvərliyə və isti qarşılanmaya, eləcə də yaradılan şəraitə görə təşəkkürümü bildirirəm”





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz