"Azərbaycanın güclü olduğunu bilirdik" Moldova millisinin baş məşqçisi

“Rəqibin güclü olduğunu bilirdik. Onlara qarşı birəbir mübarizələr hər zaman çətin olur. Oyunun əvvəlində müqavimət göstərməyə çalışsaq da, sonradan fərdi mübarizələri uduzduq və qollar buraxdıq. Bu da rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futzalçıların çoxluq təşkil etməsini göstərir".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Vusati millimizlə yoxlama oyunundan (1:6) sonra deyib.

O, komandasının çox pis təsir bağışlamadığını bildirib: "Bəli, hesab arasındakı fərq böyük oldu. Amma meydana tam heyətlə çıxmadığımızı da qeyd edim. Dörd əsas oyunçumuzu Bakıya gətirə bilməmişik.

V.Vusati onları Bakıya dəvət edən AFFA-ya təşəkkür edib: "Azərbaycan millisi ilə 4 il əvvəl də qarşılaşmışdıq. Onda da oyun 6:1 hesabı ilə başa çatmışdı və milli komandanız qələbə qazanmışdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right