"Onlar ayaqlarını hiss etmirdilər" millimizin baş məşqçisi

İlk 5 dəqiqə ağır keçdi, oyunçularda həyəcan var idi. Bu da ağır məşqlərin nəticəsidir".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Biro Jade Moldovaya 6:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib.

"Oyuna qədər gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər. Bu da təbii haldır" - deyə o bildirib.

B.Jade meydanda dinamik, hərəkətli olduqlarını söyləyib: "Standart vəziyyətləri realizə edə bilməmiz məni narahat etdi. Bəzi epizodlar zamanı gecikirdik, topu düzgün saxlaya bilmirdik. Halbuki bunun üzərində işləmişdik. Amma meydanda dinamik, hərəkətli olmağımız xoşuma gəldi. Bunun sayəsində sürətli hücumlar qurduq. Heyf ki, yaratdığımız epizodları realizə etməkdə çətinlik çəkdik".

Millimizin baş məşqçisi növbəti oyunda müəyyən dəyişikliklər edəcəyini vurğulayıb: "Artıq hər şeyi özümüz üçün dəqiqləşdirməliyik. Rəsmi oyunlara az vaxt qalıb”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right