Zaur Axundov: "Biro Jadenin qarşısına bu məqsəd qoyulub"

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov AFFA-nın Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Təbrik edirik. Təəssüratlarınız necədir?

- Çox sağ olun. Bu, yeni təəssüratlardır. Azərbaycanda futbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik. Əsas məqsədimiz Azərbaycan futbolunu dünya miqyasına qaldırmaqdı.

- Nələr müzakirə edildi?

- Bir çox məsələlər müzakirələr edildi. Danışlmış oyunlarla bağlı və baş məşqçiləri təsdiqi. Biro Jadenin mövsümün sonuna qədər futzal millisinin baş məşqçisi olmasını müzakirə etdik. “İnter” klubu haqda danışdıq.

- Bir neçə ay əvvəl təklif sürmüşdüz ki, Premyer Liqa klublarının futzal komandası yaradılsın. Qazaxıstanda olduğu kimi.

- Gələn iclasda bu məsləni müzakirə edəcəyik. Hər bir klubun futzal komandası olsa, daha məqsədəuyğun olar.

- Amma klublar bunu isti qarşılamamışdı. Bəzilər deyir ki, maliyyə sıxıntıları olan dönəmdə, futzal komandasını necə saxlayaq?

- Maliyyə problemi bütün düyanda var, tək Azərbycanda deyil. Bunu zamana buraxıb müzakirə edəcəyik. İmkan vermərik ki, Azərbaycanda futzalın səviyyəsi aşağı düşsün. Dünya reytinqində millimiz ilk “10-luq”dadı. Bu nəticəni daha da yaxşılaşdırmalıyıq. Buna görə də, AFFA rəhbərliyi də lazımı dəstəyi verir. Məqsədmiz odur ki, “top-5”-likdə olaq.

- Biro Jadeyə mövsümün sonuna qədər şans verildi. Onun əsas məqsədi nə olacaq?

- Bakıda Avropa çempionatının seçmə oyunları keçiriləcək. İstəyirik ki, ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsində iştirak edək. Jadenin qarşısına da məqsəd qoyulub ki, final mərhələsinə qrup lideri kimi yüksəlsin. Jadenin işinə baxıb qərar verəcəyik. Bu haqda indidən danışmaq tez olar.

- Jade ilə yollar ayrılsa, federasiyanı qınayacaqlar ki, milli daha bir məşqçi ilə erkən vidalaşdı...

- Son zamanlar 3 məşqçi dəyişikliyi baş verdi. Amma mənə əsas olan nəticədir. İstəməzdik ki, bizi dünya çempionatının final mərhələsinə yüksəldən Tino Peres getsin. Miltinyonun da getməsini istəməzdik. Amma onların ailə problemləri yaranmışdı. Ən əsas odur kİ, komanda bugünkü səviyyəsində qalsın.

- Dünya çempionatında 5-ci yeri tutmuşuq. Bu, bəlkə də, komanda idmanı növündə ölkə idmanı tarixində qazanılmış ən böyük uğurlardan biridir. Düşünmürsüz ki, Avropa çempionatında daha yaxşı nəticə göstərməklə bunu yaxşılaşdırmaq olar?

- Təbii ki. Komandaya 4 yeni oyunçu da dəvət edilib. Onlar təcrübələrini artıracaq. Əgər gələn il Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak etsək, məqsədimiz yarımfinala qədər irəliləmək olacaq.

- Futzala AFFA daha çox maliyyə ayıracaq?
-  AFFA lazım olan dəstəyi verir. Çempionat da yüksək səviyyədə keçir.Keçən il 70, bu il isə 42 komanda çempionatlarda mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right