Azərbaycan klubu Çempionlar Liqasının qrupunda

18-25 fevral tarixləri arasında İspaniyanın Sevilya şəhərində eşitmə qüsurlu əlillərdən ibarət ölkə çempionları arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək.

 

Newsport.az xəbər verir ki, bu mötəbər idman tədbirində ölkəmizi Azərbaycan eşitmə qüsurlu əlillərdən ibarət ölkə çemionatının qalibi "Ulduz" futzal komandası təmsil edəcək. Püşkün nəticələrinə görə ilk qrup mərhələsində komandamızın reqibləri İsveçin "Stokholm", Fransanın "Reyms" və Almaniyanın "Auqsburq" klubları olacaq.

 

Komandamızın turnirdə iştirakı üçün mailiyyə dəstəyi AFFA tərəfindən həyata keçirilmişdir. Nəzərinizə çatdıraq ki, komandaya dəstək göstərmək istəyində olan "Qəbələ" futbol klubu komandanın oyun dəsti təminatını öz üzərınə götürmüş və hədiyyə etmişdir. Azərbaycan Əlillər futbol federasiyası göstərdikləri diqqət və dəstəyə gorə AFFA ilə "Qəbələ" futbol klubuna dərin minnətdarlığını bildirir , komandamıza uğurlar arzulayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right