"Qəbələ"nin futbolçusu: "Bu mövsümdə hədəflərimiz yüksəkdi"

“Qəbələ” 2016-2017-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov təlim-məşq toplanışı haqda fikirlərini klubun saytına açıqlayıb: 

“Artıq bir həftədir mövsümün ikinci yarısının hazırlığına start vermişik. Məşq prosesi yüksək səviyyədə davam edir. Məşqçilər korpusunun hazırladığı proqram üzrə çalışırıq. Komandada atmosfer hər zamankı kimi yüksəkdir. Həm istirahət vaxtımız, həm də məşqlərimiz maraqlı və zövqlü keçir”. 

Antalyadakı yoxlama oyunları haqda da danışan Abbasov komandamızın mövsümün ikinci yarısına yüksək səviyyədə hazır olacağına əmindir:

“Baş tutan ilk yoxlama oyunundan da razı qaldım. Sabah növbəti sınağa çıxacağıq. Baş tutan məşqlər sayəsində oyundan-oyuna artıracağımıza inanıram. Təlim-məşq prosesini bu tempdə davam etdirməklə mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq. Bu mövsümdə hədəflərimiz yüksəkdir. Premyer Liqa və kubokdakı çıxışımızı uğurla davam etdirmək üçün bütün futbolçular məşqlərdə səylə çalışır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right