"Zirvə" turnirin qalibi oldu

AFFA-nın və UNICEF-in dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin idman sarayında keçirilən turnirin qalibi “Zirvə” komandası olub. "Birlik" ikinci, "Şimşək" komandası isə üçüncü yeri tutub.

Turnirin ən yaxşı oyunçusu Elşən Musayev (Ümid), ən yaxşı qapıçısı Süleyman Osmanlı (Zirvə) və ən məhsuldar oyunçusu isə Nurlan Fətullazadə seçilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right