"Araz" mübarizəni dayandırdı

Dünən futzal üzrə UEFA kubokunun elit raundunda növbəti oyunlar keçirilib. 

 

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” da bu gün ikinci oyununa çıxıb. Təmsilçimiz Rusiyanın “Yuqra” komandası ilə qarşılaşıb. Oyun Naxçıvan təmsilçisi üçün uğursuzluqla nəticələnib. Böyük hesabla uduzan "Araz" mübarizəni dayandırıb. Sonuncu turda "Hamburq"a qarşı oyun təmsilçimiz üçün formal xarakter daşıyacaq.

 

"Araz" ötən gün baş tutan ilk oyunda Xorvatiyanın “Nasional” komandasına 1:2 hesabıyla uduzmuşdu. “Yuqra" isə Almaniyanın "Hamburq" klubunu 4:0 hesabıyla məğlub etmişdi.

 

UEFA kuboku, elit-raund
B qrupu, 2-ci tur
24 noyabr

 

Araz (Azərbaycan) - Yuqra (Rusiya) 0:4
Qollar:
 Eder Lima, 9:59, Marseniya, 27:12, Çişkala, 31:57, Kayo, 33:28.

Hakimlər: Paskal Lamal (Belçika), Eduardo Fernandes Koelyu (Portuqaliya)
Zaqreb. İdman Evi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right