"Araz"ın 2-ci sınağı

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ikinci oyununu keçirəcək. 

 

Newsport.az xəbər verir ki, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində Rusiyanın “Uqra” klubu ilə qarşılaşacaq. 

 

Dünən keçirilən ilk turun oyunlarında Azərbaycan çempionu yerli “Nasional”a gözlənilmədən 1:2 hesabı ilə uduzub. Rusiya klubu ilə “Hamburq”u 4 cavabsız qolla üstələyib. 

 

Növbəti mərhələ şansını saxlamaq üçün “Araz” “Uqra”nı mütləq məğlub etməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right