Araz Xorvatiya klubuna uduzdu

Bu gün Xorvatiyada futzal üzrə UEFA Kubokunun elit raundunun 2-ci qrupunda mübarizəyə start verilib.

Newsport.az xəbər verir ki, bu qrupda mübarizə aparacaq Azərbaycan çempionu "Araz" da ilk matçına çıxıb.

Təmsilçimiz startda meydan sahibi "Nasional"la qarşılaşıb. Azərbaycan klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Qrupun digər oyununda isə Rusiyanın "Qazprom Yuqra" klubu Almaniya "Hamburq"u ilə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb.

UEFA Kuboku
Elit raund, 2-ci qrup
23 noyabr

"Nasional" - "Araz" - 2:1 (0:0)
Qollar:
Novak, 35 (1:0). Novak, 39 (2:0). Fineo, 39 (2:1).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right