“Araz”ın rəqibləri müəyyənləşib

 İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.

Püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” ISK Dina Moskva (Rusiya), Slov-Matic Bratislava (Slovakiya), FK EP Chrudim (Çexiya) komandaları ilə B qrupunda mübarizə aparacaq. Bu qrupun oyunları Çexiyada təşkil olunacaq.

Qeyd edək ki, “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right