Reytinq açıqlandı - Millimiz yerində qaldı

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Belə ki, komandamız dünya reytinqində 1435 xalla 10-cu pillədə qərarlaşıb.

Millimizin AÇ-2018-in final mərhələsindəki rəqiblərindən Macarıstan 1213 xalla 26-cı, Bosniya və Herseqovina 1135 xalla 36-cıdı.

Siyahıya Braziliya yığması başçılıq edir. Son Avropa çempionu İspaniya 2-ci, Rusiya 3-cü pillədə yer alıb. DÇ-2016-nın qalibi olan Argetina isə 4-cü pillədədi.

İlk 10-luq

1. Braziliya - 1915
2. İspaniya - 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan - 1435





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right