Millimizin rəqibləri məlum oldu

2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində bu gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin D qrupunun qalibi olacaq komanda ilə birgə 2-ci qrupda yer alıb.

İlkin seçmə mərhələnin D qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.

Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right