"Qismət belə imiş" - Millimizin qapıçısı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Portuqaliyaya qarşı oyunu buraxmalı olacaq.

Newsport.az-ın məlumatına görə, futzalçımız "instaqram"dakı səhifəsində bununla bağlı fikirlərini bölüşüb:

"Komandamızı çətin vəziyyətdə qoymaq istəməzdim. Amma qismət belə imiş. Ümid edirəm ki, Emin Kürdov qələbə qazanmağımız üçün əlindən gələni edəcək".

Hüseynli ötən gün 1/8 final mərhələsi çərçivəsində Taylanda qarşı oyunda (13:8) qol vurduqdan sonra sarı vərəqə almışdı. O, ilk belə xəbərdarlıqla isə qrup mərhələsi çərçivəsində İrana qarşı oyunda (3:3) adi vəziyyətdə, topdaşıyan uşağın üstünə qışqırdığına görə üzləşmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right