21 qol vuruldu, millimiz tarix yazdı! YENİLƏNİB

Futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, millimiz Tailand yığması ilə qarşılaşıb.

Rəqibini 13:8 hesabı ilə məğlub edən komandamız qrup ikincisi kimi 1/4 finala yüksəlib.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Mərakeşə  qalib (5:0) gəlib, İspaniyaya uduzub (2:4) və son oyunda İranla heç-heçə ( 3:3) edərək 1/8 finala yüksəlib.

Miltinyonun rəhbərlik etdiyi millimiz 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Sentyabr 26-da keçiriləcək görüş Bakı vaxtı ilə  gecə saat 03:00-da başlayacaq.



Dünya çempionatı, 1/8 final

02:30. Tailand - Azərbaycan - 8:13
Qollar: 
Toenklanq, 8, 12, Vunkao, 17, 18, 25, Sonviçian, 21, Şudeş, 36, 44 - Vassura, 3, 43, Fineo, 5, 12, 43, 47, 48, Vitali Borisov, 13, Bolinya, 27, 28, 40, Poletto, 30, Rövşən Hüseynli, 48
Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).
Medellin. "Coliseo Ivan de Bedout"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah