"Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq" - Millimizin baş məşqçisi

Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində Taylandla qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior (Miltinyo) oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, braziliyalı mütəxəssis şansların bərabər olduğunu deyib: 

"Tayland qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdi. Tayland yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədi. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudu. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdi. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtınmız var. Videoyazılara baxıb, daha yaxşı analiz edəcəyik. Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right