"Bu gün futzal adına yaxşı oyunun şahidi olduq” - İran millisinin baş məşqçisi

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan - İran oyunundan sonra hər iki komandanın baş məşqçiləri görüş haqda fikirlərini açıqlayıblar. 

Newsport.az-ın məlumatına görə,İran millisinin baş məşqçisi Seyed Nazemalsharieh 3:3 hesablı heç-heçəni belə şərh edib:

“Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik. Qalib gələcəyimizi inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”.

 

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right