“Bizim üçün yeni dünya çempionatı başlayır” - Millimizin baş məşqçisi

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan - İran oyunundan sonra hər iki komandanın baş məşqçiləri görüş haqda fikirlərini açıqlayıblar. 

Newsport.az-ın məlumatına görə, millimizin məşqçisi Milton Luis Ziller  Junior3:3 hesablı heç-heçəni belə şərh edib:

“Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik. Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.
 

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right