Millimizdən tarixi uğur YENİLƏNİB

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir. 
Newsport.az-ın məlumatına görə, bu gecə mundialda qrup mərhələsinə yekun vurulur. 

F qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla görüşüb. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyırdı. 

Qarşılaşma millimiz üçün qələbəyə bərabər heç-heçə ilə tamamlanıb. Bununla da xallarının sayını 4-ə çatdıran Azərbaycan millisi İspaniyanın ardından qrupda ikinci yeri tutmaqla 1/8 finala vəsiqə qazanıb. 

Azərbaycan - İran 3:3
Qollar: 
Esmaeilpour, 1 (0:1), Bolinha, 2 (1:1), Tavakoli, 21 (1:2), Qallo, 22 (2:2); 32 (3:2), Tayebi, 36 (3:3
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. “Coliseo Ivan de Bedout”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right