"Bu qədər qol vuracağımızı gözləmirdik" - Millimizin hücumçusu

Futzal üzrə dünya çempionatının final mərhələsində ilk oyununu keçirən Azərbaycan yığması Mərakeş millisinin 5:0 hesabı ilə məğlub edib. Oyunda het-trik edən millimizin hücumçusu Vassora matçdan sonra müsahibə verib:
 

- Oyunu necə xarakterizə edərdiniz?

- Dünya çempionatında ilk oyunumuz idi. Həm mənim, həm də milli komandamız üçün tarixi nəticə əldə etdik. Baş məşqçimiz, komanda yoldaşlarım buna nail olmaq üçün çox çalışdı. Nəticəsini isə ilk oyunda gördük.

- İlk 10 dəqiqə çox çətin keçdi. Sonra nə baş verdi ki, ardıcıl qollar vurdunuz?

- Həqiqətən də, birinci hissə çətin keçdi. Rəqib daha çox müdafiəyə diqqət yetirirdi. Amma hesab açıldıqdan sonra onlar da irəli çıxdılar. Bu da bizə Mərakeşin zəif nöqtələrindən yararlanmağa imkan verdi. Fərq artıqdan sonra onlar qapıçını meydan oyunçusu ilə əvəzlədilər. Azlıqda olmağımıza baxmayaraq, rəqibə epizod yaratmaq imkanı vermədik.

- Debüt oyununuzda het-trik etdiniz…

- Buna görə Allaha minnətdaram. Üç qol vurmaq sevindiricidi. Ancaq bu gün meydanda Vassoura tək deyildi. Qolları kimin vurması yox, komandanın qələbə qazanması vacib idi.

- Birinci qolu vurduqdan sonra kamera qarşısına keçib, kimə mesaj göndərdiniz?

- Qolumda oğlumun adı yazılıb. Həmin yazını göstərib, qolu oğluma hədiyyə etdim. Çox sevinirəm.

- Bəs hesabın bu cür olacağını necə, gözləyirdinizmi?

- Meydana çıxanda ilk işimiz qələbə qazanmaqla bağlıdı. Sonra mümkün qədər çox qol vurmaq, fərqi artırmaq istəyirdik. Çünki topların müsbət fərqi növbəti mərhələyə yüksəlmək baxımından həlledici ola bilər. Hesaba gəlincə, başlanğıcda bu qədər qol vuracağımızı gözləmirdik. Ancaq oyun göstərdi ki, daha çox vura bilərdik.

- Növbəti matçlar daha çətin keçəcək. İspaniya və İranın oyununu izlədiniz. Rəqiblərimiz hada nə deyə bilərsiniz?

- Çox çətin olacaq. Oyun da göstərir ki, İspaniya yalnız qrupun deyil, çempionatın favoritidi. İran da güclü komandadı. Amma futzalı 5-in 5-ə oynayırlar. Oyundan əvvəl şanslar bərabərdi. Meydanda kim çevik olsa, düzgün qərarlar versə, o da qələbə qazanacaq.

- Qrupu ikinci pillədə başa vurmaq şansımız realdımı?

- Niyə də yox? İran müdafiədə yaxşı oynamır. Tez-tez səhvlərə yol verir. Biz də bundan istifadə edə bilərik. Əlbəttə, özümüz səhvə yol vermədən. (apasport)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right