Millimizin baş məşqçisi: "Bizdən qələbə gözləyirlər"

Futzal üzrə dünya çempionatının final mərhələsində bugünkü keçiriləcək Mərakeş – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransına qatılıb.

Newsport.az-ın məlumatına görə, Milton Luis Ziller Junior deyib: "Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq. İlk oyunda qələbə qazanmaq istəyirik. Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right