Millimizdən növbəti qələbə

Futzal üzrə dünya çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandası ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma ilə növbəti yoxlama oyunu keçirib. 

Newsport.az-ın məlumatına görə, ABU Arenada keçirilmiş qarşılaşma millinin 9:2 hesablı qələbəsi ilə başa çatıb. 

Tyaqo Telesin het-trik, Fabio Polettonun dubl etdiyi oyunda millinin digər qollarını Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov və Vitali Borisov vurub.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 1-də keçirilmiş oyun millimizin 8:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right