Millimiz dünya reytinqində mövqeyini qorudu

Futzal üzrə  milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Newsport.az saytının məlumatına görə, millimizin mövqeyində dəyişiklik olmayıb. Futzalçılarımız dünya reytinqində 10-cu pillədə qərarlaşıb.

 Qeyd edək ki, siyahıya  Braziliya yığması başçılıq edir. Son Avropa çempionu və millimizin dünya çempionatındakı rəqibi İspaniya 2-ci pillədədir. Rusiya yığması isə 3-cü pillədə yer alıb.

Yığmamızın dünya çempionatının qrup mərhələsində digər rəqibi olan İran 6-cı, Mərakeş isə 34-cü pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right