Milli komandamızda yeni məşqçi

Futzal üzrə Azərbaycan millisinə yeni məşqçi təyin edilib.

Newsport.az-ın məlumatına görə, fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub.

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin iştirakı ilə görüş keçirilib.
 
Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right