Eddi İsrafilov La Liqaya yaxınlaşdı

İspaniya Sequnda Liqasında La Liqaya yüksəlmək uğrunda yarımfinalın ilk pley-off oyunları baş tutub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da ilk oyununu keçirib.

Sözügedən komanda öz meydanında "Jirona" ilə qarşılaşıb. Matç 2:1 hesabıyla futbolçumuzun klubunun xeyrinə başa çatıb.

Eddi bu görüşdə iştirak etməyib. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyunun 12-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right