"Artıq Azərbaycanda işləyə bilməzdim" - Joze Alesio açıqladı

Futzal üzrə “Araz”ın və milli komandamızın sabiq baş məşqçisi Joze Alesio da Silva Qazaxıstan mətbuatına müsahibəsində ölkəmizdən ayrılmasının səbəblərini açıqlayıb.


- Joze, siz "Araz” və Azərbaycan yığmasının baş məşqçisi olmusunuz. "Kayrat”a isə ikinci məşqçi kimi gəlmisiniz...

- Mən Azərbaycanda 5 il işlədim. Son 3 ildə rəhbərlikdən işləri yaxşı təşkil etməyi, struktur qurmağı, infrastrukturu inkişaf etdirməyi, gəncləri yetişdirməyi xahiş etdim. Təəssüf ki, bu baxımdan irəliləyiş olmadı. Kakaudan onun köməkçisi olmaq təklifi gəldi. Onunla danışdıq və birgə işləməyə qərar verdik. "Kayrat”da klub strukturu qaydasındadır. Bu, bütün sahələrdə peşəkar klubdur.
 
- Siz Azərbaycan KİV-inə müsahibənizdə orada qalacağını demişdiniz...

- Azərbaycanda qalmaq və daha da çox işləmək istəyirdim. Bayaq söylədiyim kimi, son 3 ildə rəhbərliyə struktur qurmaq, işləri yaxşı təşkil etmək, keyfiyyətli toplanışlar keçirmək lazım olduğunu deyirdim. Cavabında isə eşidirdim ki, gəl bunu sonra edək. Sabah isə nəticəyə görə mən cavabdeh olurdum.
 
- Azərbaycan Futzal Federasiyasının rəhbəri Zaur Axundov deyib ki, siz sadəcə oradan qaçmısınız...

- Mən iki dəfə ona yaxınlaşdım, dedim ki, "Kayrat”dan mənə təklif var. Hər dəfə də bu cavabı eşitdim: sakitləş və get işini gör. Lakin artıq bu şərtlər altında işləyə bilməzdim. Hər il komandadan oyunçular gedir və yeni komanda qurmaq lazım gəlirdi. Bu da vaxt aparırdı. "El-Poso”, "Barselona”, "Dinamo”dakı kimi işləmək istərdim. Orada komandanın özəyi uzun illər qorunub saxlanılır və heyətə 1-2 oyunçu əlavə olunurdu. Belə işləmək çox çətindir. Bu müddətdə Zaura təşəkkür edirəm. O mənə işimdə çox köməklik etdi.
 
- Zaur Axundov həmçinin UEFA-dan sizin cəzalanmağınızı tələb edəcəyini deyib...

- Əlbəttə, bu onun hüququdur. Bilirəm ki, mənim may ayına qədər mövcud olan müqaviləm var. "Kayrat”ın hüquqşünası deyib ki, biz hazırkı müqaviləni poza bilərik. Azərbaycanda məndən inciyənlərin çoxu dostlarımdır. Heç kim istəmirdi ki, mən gedim. Ancaq mən peşəkaram və irəli doğru addım atmalıyam. Mən "Araz”a gələndə o, reytinqdə 37-ci idi, indi isə 3-cüdür. İki dəfə UEFA Kubokunun bürünc medallarını qazanmışıq. Azərbaycan yığması rəhbərliyim altında 3 dəfə Avropa çempionatının final mərhələsinə çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right