Millimizdə braziliyalı baş məşqçi

Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, ispaniyalı Tino Peresin tərk etdiyi post braziliyalı mütəxəssisə tapşırılıb.
 
Belə ki, yığmamızın baş məşqçisi vəzifəsi Milton Luiz Ziller Juniora həvalə olunub. Cənubi amerikalı çalışdırıcı yığmamızın tarixində 2-ci braziliyalı məşqçisidi. Peresə qədər bu postu tutan Joze Alesio komandamızı tarixində ilk dəfə AÇ-yə daşımışdı.
 
Qeyd edək ki, Junior millimizi Kolumbiyada keçiriləcək DÇ-2016-ya hazırlayıb, mundiala aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right