“Azərbaycan millisi Avropanın ən yaxşılarındandır”

İspaniya futzal yığmasının baş məşqçisi Xose Venansio Lopes dünya çempionatının püşkünü dəyərləndirib. 
 

Newsport.az-ın məlumatına görə, İspaniya məbuatına açıqlama verən mütəxəssis  Azərbaycan millisini Avropanın ən güclü yığmalarından biri adlandırıb:
 
"İran millisinin böyük potensialı var. Azərbaycanı da unumaq olmaz. Bu komanda Avropanın ən yaxşı yığmalarından biridir. Ümumiyyətlə qrupumuzda yer alan hər üç yığma yüksək səviyyəli komandalardır. Mərakeş milli komandası da istənilən  komandaya sürpriz yaşada bilər”. 
 
Qeyd edək ki, F qrupunda qərarlaşan İspaniya millisi Azərbaycan, İran və Mərakeş yığmaları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right