DÇ 2016: Millimizin oyunlarının vaxtı bəlli oldu

Futzal üzrə DÇ 2016-nın final mərhələsinin təqvimi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandasının oyunlarının da vaxtı bəlli olub. 
 
Kolumbiyada keçiriləcək yarışa sentyabrın 12-də başlayacaq komandamız saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 13-də saat 03:00-da) Mərakeşlə üz-üzə gələcək.
 
3 gün sonra eyni vaxtda yığma komandamız İspaniya ilə qarşılaşacaq. Sentyabrın 18-də millimiz saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 19-da saat 03:00-da) İranla görüşəcək.
 
Millimiz qrupdakı hər 3 matçını Medelyin şəhərindəki "Kolizeo Kubierto Mayor” arenasında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right