İki legioner Azərbaycan yığmasından kənarlaşdırıldı

Futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklərə start verilib.

Newsport.az-ın məlumatına görə, Futzal Federasiyasının rəhbərliyi yeni baş məşqçi təyinatının rəsmiləşməsini gözləmədən, artıq lazımsız oyunçuları komandadan uzaqlaşdırmağa başlayıb.

Belə ki, milliləşdirilmiş futzalçılar - Rafael və Auqusto yığmamızdan kənarlaşdırılıb. Böyük ehtimalla onlar bir daha millimizin formasını geyinməyəcəklər.

Bunu açıqlamasında Rafael özü də təsdiq edib: "Azərbaycanı sevirəm, amma ora qayıdıb-qayıtmayacağımı bilmirəm. Məsələ burasındadır ki, Braziliyaya gələrkən mənə və Auqustoya bildirdilər ki, artıq sizin xidmətinizə ehtiyac duymuruq. Federasiya rəhbərliyinin bu qərarını dəyişəcəyinə inanmıram. Odur ki, böyük ehtimalla mən və Auqustonu bir daha Azərbaycan yığmasının və "Araz"ın heyətində görməyəcəksiniz".

Azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right