Millli komandamızın baş məşqçisi Azərbaycandan qaçıb

Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov millli komandamızın baş məşqçisi Joze Alesio da Silvanın ölkəmizdən qaçdığını təsdiqləyib. 

Newsport.az-ın azfutzal.com saytına istinadən yaydığı xəbərə görə,  M.Sadıqov braziliyalı mütəxəssisin Bakıdan Qazaxıstana uçduğunu Heydər Əliyev Beynəlxalq Hava Limanından öyrəndiklərini bildirib.

O, baş məşqçinin hərəkətini etikadankənar adlandırıb: "Joze Alesio gedişinin səbəbləri barədə heç kimə söz deməyib. Sadəcə, əşyalarını yığıb və gedib. Əlbəttə, bu, qeyri-etik hərəkətdir. Belə ağır məqamda klubu və yığmanı atmaq... Artıq AFFA-nın baş katibi Elxan Məmmədovu baş verənlərdən məlumatlandırmışıq. O, ən yaxın müddətdə Qazaxıstan Futzal Federasiyası ilə əlaqə quracaq. Joze Alesionun AFFA ilə müqaviləsi müvafiq instansiyalara təqdim olunacaq. AFFA-nın braziliyalı baş məşqçinin diskvalifikasiyasına nail olacağı istisna deyil".

Sadıqov yığmamızın baş məşqçi postuna namizədlərin siyahısının ən yaxın müddətdə müəyyənləşəcəyini əlavə edib.

Qeyd edək ki, Joze Alesio da Silvanın Qazaxıstan "Kayrat"ına baş məşqçi təyin olunacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right