Azərbaycan üçün talisman FOTO

Azərbaycan millisinin tarixində ilk dəfə vəsiqə qazandığı futzal üzrə dünya çempionatının talismanının təqdimat mərasimi keçirilib. 

Newsport.az-ın məlumatına görə, bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq yarışın rəmzi ayı olacaq.
 
Kolumbiya millisinin formasında olan talisman ölkədə çox yayılan ayını təcəssüm edir. Final mərhələsinə 143 gün qalmış təşkil olunan tədbirdə mundialın biletlərinin satışa çıxarıldığı da elan olunub. Püşkatma mərasimi mayın 19-da baş tutacaq final mərhələsinə vəsiqə qazanan 17 komanda məlumdu.

Meydan sahibi ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya Avropanı təmsil edəcək. Digər 7 iştirakçısından 4-ü KONKAKAF zonasını, 3-ü Afrikanı təmsil edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right