Joze Alesio: "Yenidən Azərbaycan yığmasında çalışmağı çox istərdim"

Azərbaycan yığmasının sabiq çalışdırıcısı, hazırda Qazaxıstan millisində çalışan Joze Alesio ispaniyalı mütəxəssis Tino Peresin istefasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Tino Peresin Azərbaycan yığmasından niyə istefa verdiyini bilmirəm. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Mənim bu komandaya qayıtmağıma gəlincə, bu, real deyil. İnanmıram ki, Zaur Axundov məni yığmaya qaytarmaq istəsin. Amma mən yenidən Azərbaycan yığmasında çalışmağı çox istərdim. Bu, mənim üçün doğma komandadır. Azərbaycan da mənim üçün ikinci vətən kimidir".

Alesio həmyerlisi Kakaunun millimizi çalışdırmasının mümkünlüyünə də toxunub: "Bu barədə ancaq onu deyə bilərəm ki, alınmayacaq. Kakau Qazaxıstan yığmasını çalışdırır. Eşitdiyimə görə, onunla iki illik yeni müqavilə imzalayacaqlar. Azərbaycan yığmasının yeni baş məşqçisinə isə vaxt lazım gələcək. Dünya çempionatının startına az vaxt qalıb ki, bu da Azərbaycan millisi üçün sərfəli deyil. Komandanıza kim gəlirsə gəlsin, əsas odur ki, təcrübəli mütəxəssis olsun".

Azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right