Yığmamız onluğu tamamlayır

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olmayıb.

Komandamız əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. Lakin yığmamız əvvəlki reytinqlə müqayisədə 14 xal itirib. Hazırda aktivində 1397 xal olan millimiz ən yaxın izləyicisi Yaponiyanı 18 xal qabaqlayır, 9-cu pillədəki Qazaxıstandan isə 38 xal geri qalır.

Qeyd edək ki, siyahının ilk "üç"lüyündə də dəyişiklik baş verməyib. Braziliya millisi 1919 xalla siyahıya başçılıq edir. İspaniya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right