"Fikrimcə, düzgün vaxt seçmişəm" - Rəcəb Fərəczadə

Futzal üzrə Azərbaycan yığmasının üzvü Rəcəb Fərəczadə milli karyerasını başa vurmasına münasibət bildirib.

Newsport.az  saytına açıqlamasında o, bunları söyləyib:

"Mənim 36 yaşım var. Bunun 15 ilini yığmada oynamışam. Qərara gəldim ki, artıq vidalaşmaq vaxtıdır. Qoy gənclər oynasınlar. Karyeramı məhz bu Hollandiya ilə oyunda başa vurmağa qərar verdim. Fikrimcə, düzgün vaxt seçmişəm.

Hollandiya ilə matça gəlincə, çətin oyun alındı. Gərginlik var idi. Hollandlar dünən yaxşı oynadılar. Amma əsas odur ki, Azərbaycan yığması tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı. Uşaqlara Kolumbiyada keçiriləcək oyunlarda uğurlar arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right