Millimiz mundial öncəsi Tailanda gedəcək

Tarixində ilk dəfə dünya çemionatının final mərhələsinə vəsiqə qazanan Azərbaycanın futzal yığması mundial öncəsi turnirə qatılacaq.

Newsport saytının məlumatına görə, bu barədə Qazaxıstanın futzal yığmasının baş məşqçisi Kakau yerli mətbuata açıqlamasında məlumat verib.

O, avqustun sonlarında komandasının Tailandda turnirə yollanacağını bildirib. Kakau turnirdə Qazaxıstan və Tailandla yanaşı, Azərbaycan, İran və Ukrayna yığmalarının da iştirak edəcəyini deyib.

Qeyd edək ki, Azərbaycan futzal yığması sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsində iştirak edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right