Azərbaycan millisi yenə 10-cu pillədə

Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması 10-cu pillədəki yerini qoruyub.

Komandamızın hesabında 1411 reytinq xalı var.

Qeyd edək ki, ötən gün dünya çempionatına vəsiqə uğrunda Hollandiya ilə cavab pley-off matçına çıxan komandamız meydandan 4:4 hesablı heç-heçə ilə ayrıldı. İlk oyunda 5:1 hesabıyla qalib gəlmiş millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Lakin göründüyü kimi, bu uğur komandamızın reytinq siyahısındakı mövqeyinə heç bir təsir göstərməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right