Azərbaycanın DÇ-də 15 potensial rəqibi bəllidir

2016-cı ildə Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə hazırda 16 komanda vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, ötən gün Hollandiya ilə doğma meydanda 4:4 hesablı bərabərliyə razılaşsa da, səfərdə 5:1 hesabıyla qalib gəlməklə mundiala vəsiqəni təmin edən Azərbaycanla yanaşı, Avropadan daha beş komanda - Rusiya, Qazaxıstan, Ukrayna, Portuqaliya və İspaniya DÇ-də oynamaq hüququ qazanıb.

Asiyadan İran, Tailand, Özbəkistan və Vyetnam, Okeaniyadan Solomon adaları, Cənubi Amerikadan Argentina, Braziliya, Kolumbiya, Paraqvay, eləcə də Avstraliya yğması final mərhələsində oynayacağını rəsmiləşdirib.

Hazırda mundiala 8 vəsiqə öz sahibini gözləyir. Bunlar Avropa, Afrika və Şimali Amerika təmsilçiləri olacaq.

Qeyd edək ki, DÇ-2016 10 sentyabr-1 oktyabr aralığında Kolumbiyanın üç şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right