"Bu, Azərbaycan futzalı tarixində yeni bir səhifədir"

Futzal üzrə Azərbaycan yığmasının üzvü Rafael dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçirdikləri cavab pley-off matçından (4:4, ilk oyun 5:1) sonra Newsport.az saytının suallarını cavablandırıb.

 

- Cavab matçı ilk oyunla müqayisədə daha çətin alındı. Niyə?
- Bəs siz yenidən böyük hesabla qələbə qazanacağımızı gözləyirdiniz? Hollandiya zəif rəqib deyil. Əsas odur ki, biz mərhələ adlamağı bacardıq. Əlbəttə, bizim üçün öz meydanımızda uduzmamaq vacib idi. Yaxşı azarkeş dəstəyimiz var idi. Hətta minimal hesabla da olsa, uduzmaq, azarkeşlərimizi məyus etmək istəmirdik.

 

- Yəqin ki, Azərbaycan yığmasına belə azarkeş dəstəyi görməmişdiniz...
- İlk dəqiqələrdən sonadək bizi irəli səslədilər. Dolu tribunalardan həzz aldım. Az səhvə yol versəydik, bu gün qalib gələ, fanatlarımızı qələbə ilə də sevindirə bilərdik.

 

- Azərbaycan yığması tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı...
- Bu, Azərbaycan futzalı tarixində yeni bir səhifədir. Fikrimcə, böyük uğur qazandıq. Şadam ki, bu tarixin yazılmasında pay sahibi oldum.

 

- Azərbaycan yığmasının Kolumbiyadakı DÇ-də əsas hədəfi nədən ibarət olacaq?
- Əlbəttə, biz sadəcə, DÇ-də iştirakla kifayətlənməyəcəyik. Azərbaycan yığması qrupdan çıxmaq üçün çalışacaq.

 

- Bunun üçün komandamızın güclənməsinə ehtiyac var, ya bu heyət hədəfə çatmaq üçün yetərlidir?
- Bu barədə danışa bilmərəm. Çünki belə məsələlərə rəhbərlik qərar verir. Bizə heç dünya çempionatına vəsiqə qazandığımız üçün nə qədər mükafat veriləcəyi də deyilməyib. Hər şeyə sonra aydınlıq gələcək. İndi isə bir qədər istirahət etmək və qazandığımız uğurun həzzini yaşamaq istəyirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right